Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Badi-sübh əz suyi-məşriq afitab almış gəlür

XVI əsrin qəzəlləri
Badi-sübh əz suyi-məşriq afitab almış gəlür,Ğaliba yarın cəmalından niqab almış gəlür.
Aşiqi-dilxəstədən dəf süda etmək dilər,Sünbülündən dilbərin buyi-gülab almış gəlür.
Gözlərin dövründə məst oldu ləbin çahin görüb,Zahidi meyxanədən gördüm şərab almış gəlür.
Sufiyi-biçarə həm halın görüb ol zahidin,Söhbətin gərm etməyə çəngü rübab almış gəlür.
Hər kişi almış gəlür, anın ğəmindən bir nəsib,Bu Xətai çeşmi-pürxun, dil kəbab almuş gəlür.