Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Xar oldu yürəgim hicrində, ey gül yüzlü yar

XVI əsrin qəzəlləri
Xar oldu yürəgim hicrində, ey gül yüzlü yar,Yar bağrım arasın, gör kim neçə xar onda var.
Varma yanımdan mənim, ey hicr-dilsuzani dust!Dustü düşmən xamusu ağlar mənimçün zar-zar.
Zar-zar ağlar çü bülbül gül yüzünçün mürği-can,Candan etmişdir məni cövr ilə dövri-ruzigar!
Ruzigarım tirədir sənsiz, əya arami-dil,Dil neçün aram tutsun həddən ötdü intizar
İntizarəm, vədeyi-vəslin yolunda hər zaman,Hər zaman divanə tək dağlara düşdüm biqərar.
Biqərar oldum saçıntək rüxlərindən ayrı mən,Mən neçün aram edim sənsiz ki, oldum dilfikar.
Dilfikar oldu Xətai firqətindən ruzü şəb,Ruzü şəb vəslin xəyali canda qaldı yadigar.