Ta səri-kuyində bu könlüm müqim olmuş durur,Dil məqami baği-cənnati-nəim olmuş durur.
Dəftəri-hüsnində şol hərfi-xəti-xalın sənin,Sətri "Bismillah ərrəhmanirrəhim" olmuş durur.
Sidqimiz ol vəchdir kim, həqq olur anda zühur,Kim təriqətdə "sirati-müstəqim" olmuş durur.
Şəriniz yolunda biz qılsaq xəta sən qıl kərəm.Min bir adında sənin biri kərim olmuş durur.
Ey Xətai, çəkmə ğəm, gər hicrilə bimarsən,Çün sənə ol xaliqin fəzli-həkim olmuş durur.