Rüxlərin müshəf, nigara, qaşların mehrablər,Baxdım, ol yüzdən mana fəth oldu yüz min bablər.
Zərrə ikən gün təki aləmdə məşhur olmuşam,Ta mənə düşdi sənin mehri-rüxindən tablər.
Gər sənün yüzün degül aşiqlər üçün qibləgah,Bəs nədən oldu hilali qaşların mehrablər?
Ta sənin zülfi-rüxünyi görmişəm hər sübhü şam,Gecə-gündüz giryədən gəlməz gözümə xablər.
Çini-zülfin bəndinə düşdü Xətai xəstə dil,Şərbəti-ləlindir anə qənd ilə innablər.