Ol gedən yarımmıdır, ya ixtiyarımdır gedir,Bilməzəm canımmıdır, ya suvlu yarımdır gedir.
Təndə canım qalmadı, anunla olmuşdur rəvan,Ol mənim ruhi-rəvanım, ya nigarımdır gedir.
Canım andan ayrı təndə, bir dəm əylənməz mənim,Ğəm məni eylər həlak, ol qəmküsarımdır gedir.
Qalmadı heç karü bari bu Xətai xəstənin,Anın ilə karü barım hər nə varımdır gedir.