Mana cövrü cəfa qılmaq, deyil cananələrdəndir,Yaman yoldaşilən yar olma ki, nadanələrdəndir.
Mənimtək aşinayi yad qıldın, ey tərəhhümsiz,Fələkdən görməzəm anı qamu biganələrdəndir.
Fədadır bil, yəqin billah yolunda, cani-şirinim,Cəmalın şəminə hər dəm yanan pərvanələrdəndir.
Xəbər tutmaz həqiqətdən, riyayi-zahidin fəhmi,Anın fikri əcayib qisseyi-əfsanələrdəndir.
Xətai, nəzmi-əşarinə yüz min afərin gəlsin,Ki, aqillər xəyalından deyil, divanələrdəndir!