Bir qətreyi-ərəq ki, yüzündən nisar olur.Səhni-zəmin baharü gülü laləzar olur.
Ta şanə qıldı zülfini məşşateyi-əzəl,Tabindən açılır ki, cahan müşkbar olur.
Rəna qədin, ki, sərv səhidir müqabili,Yarəb, münasibi nə səbəbdən çinar olur.
Yarın Xətai, kuyinə can ver, besidqi-dil,Yarım deyən sənə xaçan əğyarə yar olur!