Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Bu gün mən munda, yarım anda neylər

XVI əsrin qəzəlləri
Bu gün mən munda, yarım anda neylər,Yüzü şölə nigarım onda neylər?
Apardı əql ilə səbrü qərarım,Mənim səbrü qərarım anda neylər?
Qatı müştaq idim şirin ləbinə,Gözü məstü xumarım anda neylər?
Vətəndən ayrı düşdüm, dadü fəryad!Qəribəm, ğəmküsarım anda neylər?
Xətai xəstə düşdüm yardan ayrı,Təbib ilə timarım anda neylər!