Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Ey bəndə, gər cəhanda pənahın ilah ola

XVI əsrin qəzəlləri
Ey bəndə, gər cəhanda pənahın ilah ola,Kəmtər qulun məqamı sənin padişah ola.
Aşiq odur ki, dəvi edərsə bu sözünə,Qanlı yaşilə çöhreyi-zərdi güvah ola.
Mehrabi var o zahidin, amma ki, aşiqə,Məşuqinin əyaği izi, qibləgah ola.
Bədxahım ola cümlə-cahan çəkməzəm məlal,Çün ol sənəm mənimlən əgər nikxah ola.
Başdan-ayağa bəndə Xətai xətalidir,Zahid, xaçan ki, xubları sevmək günah ola?