Getmə sən eşqin ki, bir kənci-nihan əldən gedər,Bil ki, sən getsən yanımdan təndə can əldən gedər.
Qayib oldu gül yüzün çeşmindən, ey ruhi-rəvan,Qorxaram ki, sünbüli-ənbərfişan əldən gedər.
Candan oldum, ey pərivəş, möhnətindən tanrıçün,Qıl tərəhhüm ki, bu cismi-natəvan əldən gedər.
Ahim odundan kim oldu yerü göy zirü zəbər,Ehtiyat et ki, zəminü asiman əldən gedər.
Mən yaman etsəm neçə, sən yaxşılıq qıl, ey əziz,Nəsnə qalmaz dünyədə, yaxşı-yaman əldən gedər.
Basmadın hər yerə kim bir dəm qədəm tutmaz qərar,Məskən eylə, çün müşərrəfdir məkan əldən gedər.
Bu Xətai, ey sənəm, bir dəm cəmalın görməsə,Taqət etməz də kim ol ruhi-rəvan əldən gedər.