Xaki-payin, dilbəra, bir tac dövlətdir mana,Bəs yüzün görmək sənin bəxtü səadətdir mana.
Çün qəmi-eşqində ölməkdir, həyati-cavidan,Həq bilür ölmək deyil, ol eyni-rahətdir mana.
Munca kim, dərdündə zəhmət çəkmişəm, ey bivəfa,Çünki səndəndir bu zəhmət, cümlə rahətdir mana.
Gərçi məndən dərhicab olursan, ey arami-can,Yüzünü göstərdiyin eyni-inayətdir mana.
Düşdə gördi dün Xətai, yar olubdur həmdəmi,Ya düşümdür, ya xəyalım bu nə halətdir mana.