Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Vücudini bu könlüm can demişdir

XVI əsrin qəzəlləri
Vücudini bu könlüm can demişdir,Ləbini ləl ilə mərcan demişdir.
Saçın rəngin şəbi-qədr oxuyanlarYüzün nurin məhi-taban demişdir.
Bu könlüm eşqini, ey qəmgüsarım,Vücudim şəhrinə sultan demişdir.
İki gözüm yaşı hər dəm yüziməBirin Nilü birin Ümman demişdir.
Əyağın tozinə, ey nuri-rəhman,Xətai canını qurban demişdir.