Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

İşim eşqində fəryad eyləməkdir

XVI əsrin qəzəlləri
İşim eşqində fəryad eyləməkdir,Visalın vədəsin yad eyləməkdir.
Xərab etdi, demən, eşqin könülmü,Bəs, ol virani abad eyləməkdir.
Bu könlüm adəti hər şəb ğəmində,Fəğanü ah bünyad eyləməkdir.
Verür mən ğəm dilə ümmidi-vəslin,Bu rəsm ilən onu şad eyləməkdir.
Xətai qulluğun məqbul qılsan,Bu gün yüz bəndə azad eyləməkdir.