Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Şəha, ol zülfi-müşkinin nə ziba çinn-pürçindir

XVI əsrin qəzəlləri
Şəha, ol zülfi-müşkinin nə ziba çinn-pürçindirKi, hər bir tari ol zülfin bəhayi-Çinü Maçindir.
Xətindir ayəti-rəhman ki, həqdən münzəl olmuşdur,Ona derlər kim, ol sünbül səvadi-nafeyi-çindir.
Tükəndi Yusif əyyami, sənin dövrani-hüsnündən,Xəbər ver xublar içində, yalandır bu xəbər çindir?
Şikari aşikar eylər, gözün bu bazi-şəhbazi,Könüllər seydinə yarın gözü şahanə laçındır.
Güli-sirab hüsnində nə nisbət ol siyəh xalın,Bu rəna bəqqeyi-hindu gülüstan içrə gülçindir,
Xətai ta onu gördü, özündən əl yudu gülli,Onun çəngali-çəngindən şikar olmuş göyərçindir.