Bu aləm hüsninə heyrandır, ey dust!Sana bu qönçə ləb xəndandır, ey dust!
Mən ol Yəqubi-nisbət zar buldum,Cəmalın Yusifi-Kənandır, ey dust!
Hilali qaşını ta gördü çeşmim,Bu canım eydinə qurbandır, ey dust!
Sana bu künfəkan valeh bulubdur,Ki, hüsnin surəti-Rəhmandır, ey dust!
Cəmalın səfhəsində xəttü xalın,Yüzündə ayəti-Qurandır, ey dust.
Sənin eşqin vücudim şəhri içrə,Bu könlüm təxtinə sultandır, ey dust!
Xətaiyə demişsən cövr edim çox,Yenə lütfü yenə ehsandır, ey dust!