Bu məşrəbə bir səfayi-candır,Qərrabə dibi ona məkandır.
İçi doludur əz abi-heyvan,Aləmdə nişani binişandır.
Can dövlətini bilir təmamət,Sən sanma onu ki, bizəbandır.
Dövri-yüzünün çü məh təmamət,Sərpüş, çü şəkli-asimandır.
Vəsfində anın Xətai heyran,Gər sənət isə budur, hamandır!