Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Daneyi-xalin görəndə mürği-dil pərvaz edər

XVI əsrin qəzəlləri
Daneyi-xalin görəndə mürği-dil pərvaz edər,Qeyb ikən ol dəmdə əsrari-məani baz edər.
Dasitani-hüsnini, ey dust, dər fəsli-bahar,Guşeyi-gülşəndə, bülbül sübhdəm ağaz edər.
Görmədi hərgiz günah ol şahi-xuban ah kim,Öyrənibdir kim mana hər ləhzə yüz min naz edər.
Ey könül, qatlan vüsalın istər isən daima,Hər cəfalar kim, sana şol dilbəri-tənnaz edər.
Ey Xətai, afərin qılmaq gərək idrakına,Böylə tər sözlər məgər kim, Sədiyi-Şiraz edər?