Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Vəchində peydadır sənin əncari-zati-kibriya

XVI əsrin qəzəlləri
Vəchində peydadır sənin ənvari-zati-kibriya,Ol yüzə qarşuda da şərməndədir şəmsüz-züha.
Leyli cəmalından cüda Məcnun kimi sərkəştəyəm,Fərhad var istər könül Şirin dodağından şəfa.
Cami-müsəffadən mana saqi içirdi bir qədəh,Sufi nə bilsin mən ol camdan necə buldum səfa.
Hər kim ki, tovhid əhlidir, ol didü vadid əhlidir.Ruzi-əzəldən ta əbəd istər kəmali-müntəha.
Mən cahilü nadaniyəm, ol hüsniçün heyraniyəm,Ta gəncikən pünhan idim, şimdi gözümdən zahira.
Eynülyəqin həqq sirrinə idrak edən insan idim,Ey mərifətdən bixəbər, insafə gəlgil bihəya.
Canü cəhani siz sizin neylər Xətai xəstədil,Səndən müdam ehsan dilər, çünki gədadır binəva.