Ta camalın nuri çeşmimdən nihan olmuş durur,Gecə-gündüz işim, ah ilə fəğan olmuş durur.
Hüsnün ta görmüşəm, bir bülbüli-zar olmuşam,Çün mənə kuyin məqami gülstan olmuş durur.
Bir məsəldir kim deyərlər: "Gəncin üstə mar olur",Zülf içində hüsnin ol gənci-nihan olmuş durur.
Gər fələk yüzündə derlər: "Mahi-tabandır şərəf",Tələtin yer üstə mahi-asiman olmuş durur.
Pir olmuşdu cahanda firqətindən, ey sənəm,Ta yüzün gördü Xətai növcəvan olmuş durur.