Arizin kim ol rüxi-pürnuri-tab üstündədir,Suyə bənzər kim, həmişə afitab üstündədir.
Haq bilür kim rüxlərin şənində olmuşdur nüzul,Ayəti-müshəf ki, ovraqi-kitab üstündədir.
Aləmin rövşənliyi gərçi günəşdəndir, vəli,Pərtövi-mehri-cəmalın aftab üstündədir.
Tabi-eşqindən həmişə gör nə sərgərdan gəzər,Asiman daim ki, yüzündən niqab üstündədir.
Mehri-eşqin nəqdinə viranə könlümdür məqam,Kim, bəli gəncin yeri daim xərab üstündədir.
Ayağın toprağıdır həq əhlinin başında tac,Cismi daim bu Xətainin türab üstündədir.