Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Bağdaş qurub otursa nigarım, fəğan qopar

XVI əsrin qəzəlləri
Bağdaş qurub otursa nigarım, fəğan qopar,Dursa-otursa, fitnəyi-axirzaman qopar!
Şirvan xəlayiqi qamu Təbrizə daşına,Mülki-Əcəm sorar ki, qiyamət haçan qopar?
Yetdikcə tükənür ərəbin kuyü məskəni,Bağdad içində hər necə kim türkman qopar.
Çıxsa saraydən bu cahan vadisin tutar,Bir mürşidi təriqəti-pirü cavan qopar.
Görmişdi ta Xətai əzəldən yəqin bunu,Nuhun əlaməti gəlir, andan tufan qopar.