Dilbəra, canımda dərdin bir dəva nisbətlidir,Hər cəfa gəlsə mənə səndən, vəfa nisbətlidir.
Bu cərahət cismimə oxun dəyəndə ün verür,Ol mənə, əhlən və səhlən mərhəba, nisbətlidir.
Gər mənə nifrin edər düşmən, mən ondan ğəm yemən,Kim münafiqdən gələn qarğış, dua nisbətlidir!
Abi-çeşmimdən xəyalın hər zaman əksilməsin,Kim, onun əksi gözümdə tutiya nisbətlidir.
Eşq ilə laf etmə, ey miskin Xətai, əbsəm ol,Kim bu mənzildə səlatinlər gəda nisbəlidir.