Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Sənsən həmişə surəti mənidə şahımız

XVI əsrin qəzəlləri
Sənsən həmişə surəti mənidə şahımız,Ruzi-əzəldə həzrətin oldu pənahimiz.
Cövr etmə mən şikəstə, dilü binəvayə kim,Çün səndən özgə kimsənə yox dadi-xahimiz.
Hər xanda kim sücud edərisəm be etiqad,Mehrab qaşlarında durur qibləgahimiz.
Bir gün tərəhhüm eyləmədin-xaksarinə,Yarəb, nə sadir oldu qapında günahimiz.
Ğəmdən Xətai, dərdilən incəldi çün hilal,Ey afitab-tələti süni ilahımız.