Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Ta ki, düşdüm hicrinə, könlüm fəğanə başlər

XVI əsrin qəzəlləri
Ta ki, düşdüm hicrinə, könlüm fəğanə başlər,Gəldi ahimdən mənim fəryadə dağü daşlər.
Hüsnini yad eyləsəm, ey sərv boylu dilbərim,Firqətindən çeşmətək, axar gözümdən yaşlər.
Mehri-ruyün sərbəsər sehrilə tutdu aləmi,Fitnəvü ğovğayə saldı, ol göz ilən qaşlər.
Eşqə dil verdin deyə, cövr etmə, ey zahid mana,Can verür məşuqə daim aşiqi-qəllaşlər.
Naseha, eyb eyləmə miskin Xətai şerinə,Çün həqə məlum durur, könlündə sirri-faşlər.