Bizim ol dilrüba cananəmizdir,Məgər ol can degil, cana, nəmizdir?
Yanarmən şəmi-ruyin həsrətindən,Deməzsən, ol bizim pərvanəmizdir?
Fəraqindən nə fikri vardır, ey dust,Vüsalın hər gecə mehmanəmizdir.
Gözün sərməstdür, boyun sürahi,Sözün nəqlü ləbin peymanəmizdir.
Güləndə dişlərin ağzında, ey can,Sədəf içindəki dürdanəmizdir.
Səri-zülfin içində danə xalın,Könül quşinə damü danəmizdir.
Dedim: kimdir Xətai, bəndənizdə?Dedi: bir aşiqi-divanəmizdir!