Dilbəra, eşqin tənimdə sevgili candır mana,Pərtövi-mehri-rüxun xurşidi-tabandır mana.
Dərdi-hicrindən sənin hərgiz şikayət qılmazam,Heç əlac etmən tələb, neyçün ki, dərmandır mana.
Asitanın xakini vermən cəmii-aləmə,Hər ayağın torpağı mülki-Süleymandır mana.
Ta cəmalın müshəfin gördüm, əya nuri-ilah,Zikri-eşqin dildə daim, virdi-Qurandır mana.
Ey Xətai, xubların cövri vəfadır aşiqə,Firqəti, hicri nigarın lütfü ehsandır mana.