Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Ey dodağın şəhdü şəkkərdir siyəh xalın məkəs

XVI əsrin qəzəlləri
Ey dodağın şəhdü şəkkərdir siyəh xalın məkəs,Olmasın eşqindən ayru təndə canım bir nəfəs.
Ey pəri, hərdəm nigəhban qapuna hacət degil,Kim yetər küyində hər şəb naləvü ahim cərəs.
Neylərəm eşqindən ayru dünyənin ləzzatini,Kim hüzuri-dil ğəmi-mehrin mənim könlümdə bəs.
Çün əzəldən eşqiniz canımda həqdəndir nəsib,Həq bilür kim, ta əbəd könlümdə vardır ol həvəs.
Ey Xətai, ğəm yemə, hər sözdə şükr et xaliqə,Çün sana hər işdə daim həqqdir fəryadrəs.