Mənim ol, suvlu yarım gəldi xoşdur,Əlimə ol nigarım gəldi xoşdur.
Əlindən ixtiyarın getsə getsin,Əlimə ixtiyarım gəldi xoşdur.
Sən ol səhrada çün quli-biyaban,Çəməndə gülüzarım gəldi xoşdur.
Öl imdi, qış günü, sərma əlindən,Mənim tazə baharım gəldi xoşdur.
Qəm ilən intizar içində sən öl,Həmişə intizarım gəldi xoşdur.
Xətai, şükr qıl allaha daim,Gedən səbrü qərarım gəldi xoşdur.