Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Mahimi gördüm ki, yüzindən niqab almış gedər

XVI əsrin qəzəlləri
Mahimi gördüm ki, yüzindən niqab almış gedər,Pərtövü nurindən anun afitab almış gedər.
Dövri-hüsnindən anun, ey yaşlı çeşmim uymagil,Kim, şəbi-zülfindən anun, ruzi-xab almış gedər.
Dilbərim cami-şərab içmiş, eşitdim nöql üçün,Aşiqi-dilxəstə bağrından kəbab almış gedər.
Ol pəri getdikdə aləm necə heyran olmasın,İşvəvü kirişməvü nazü itab etmiş gedər.
Ol sənəm rəna gedər, yer üstə çəkmiş damənin.Bu Xətai xəstə, ol yerdən turab almış gedər.