Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Eşqiniz cana, bu könlüm təxtinə sultan durur

XVI əsrin qəzəlləri
Eşqiniz cana, bu könlüm təxtinə sultan durur,Bu vücudum mülkinə xeyli xəyalın can durur.
Ta görübmən hüsnini, ey göhəri-yekta sənəm,Bir gözüm Qülzim misali, bir gözüm Ümman durur.
Ruzi-şəb bəs kim, qılur, bülbül fəğanü zarlıq,Ta gülüstanda yüzüntək bir güli-xəndan durur.
Əhli-taət, bəski zikr eylər sifati-hüsnini,Bildi ki, yüzün sifati ayəti-Quran durur.
Dünyanın varu yoxundan ey Xətai, ğəm yemə,Saxlayan daim səni şol sayeyi-sübhan durur.