Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Roşən yüzün ki, zülfin olubdur niqab ona

XVI əsrin qəzəlləri
Roşən yüzün ki, zülfin olubdur niqab ona,Nisbətdir əbr içində məhü afitab ona.
Eşqin sənin ki, məxzəni-gənci-ilahidir,Andan durur ki, məskən olubdur xərab ona.
Eşqin nədir cahanda sənin, ey pərisifət,Heyran durur fələkdə gəzən mahtab ona.
Uyğudə gözlərim necə görsün cəmalını,Eşqində çünki gəlmədi bir zərrə xab ona.
Aşiqdurur yanağına zülfin Xətai tək,Andan düşər bu vəchilə bu piçü tab ona.