Ol pəripeykər ki, çeşmimdən nihan olmuş durur,Baqi ömrüm olsun, ol cismimdə can olmuş durur.
Ya rəb, ol gözlər nə bağın nərgizi-şəhlasıdır,Kim, qəmindən cismü canım natəvan olmuş durur.
Eylə kim, bülbül yeri gülşəndir, ey gülyüzlü yar,Könlümə kuyin məqamı gülsitan olmuş durur.
Onca çəkdim möhnəti-hicrin ğəmin, ey bivəfa,Cövri-eşqindən vücudim natəvan olmuş durur.
Ta Xətai gördi ol hüsni-cəmalın, ey günəş,Gör necə aləm dilində dasitan olmuş durur.