Nə xacəyəm, nə də mal əksiyimdir,Nə sultanəm, nə xud qul əksiyimdir.
Ərənlər dünyaya murdar demişlər,Nə gərkəsəm, nə murdar əksiyimdir.
Mən qürab deyiləm, zağı gözləyəm,Zira mən bülbüləm gül əksiyimdir.
Seyr eylədim tamunun dörd guşəsin,Nə yanaram, nə xud nar əksiyimdir.
Şah Xətaim hər şeydə bir nəzər var,Bir yüzü nurlu didar əksiyimdir.