Dilbəra, ol ay yüzün xyrşidi-tabandır mana,Bağçan içindən axan su, abi-heyvandır mana.
Məscidə varmaq nə hacət, dedim, ey zahid, mana,Ruy ilə zülfi anın, küfrilə imandır mana.
Müddəilər tənəsindən sanmanız kim, mən dönəm,Ol mənim canım içində cani-canandır mana.
Mən səninlə söyləşəndə gər zimistan, gər bahar,Hər nə çağ görsəm səni, aləm gülüstandır mana.
Ey Xətai, çün sənə həqdən nəzərdir hər zaman,Eşqin ilə bu həyatım baği-rizvandır mana.