Nə buyursan şəha, fərman sənindir,Yolunda canü baş qurban sənindir.
Xəta məndən əta səndən əya dust,Ki mürvət kanısan ehsan sənindir.
Susamış ləblərin Xizri-zəmanə,Suvar, gəl çeşməyi-heyvan sənindir.
Səvar ol dövlət atına həmişə,Səadət topuna çovkan sənindir.
Mələklər müştəridir gül yüzünə,Sür imdi ey qəmər, dövran sənindir.
Əzəldən canımı qurban verirdim,Qəbul eylə şəha, fərman sənindir.
Eşigində qulundur bu Xətai,Nəzər qıl halına, heyran sənindir.