Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Ol pəri kim, bu cahanda hüsninin həmtası yox

XVI əsrin qəzəlləri
Ol pəri kim, bu cahanda hüsninin həmtası yox,Sərvi-rənanın xuraman qəddinin balası yox.
Gecə-gündüz mən onun hicrində yanmaqdır işim,Neyləyim ki, ol məhin məndən yana pərvası yox.
Ögmə, ey zahid, mənə rizvanü cənnət bağini,Kim onun, yarım yüzi tək bir güli-həmrası yox.
Qılma, ey naseh, mənə zülfin sevərsən, deyə, tən,Xansı aşiqdir kim, ondan başqa bir sövdası yox.
Gərçi çoxdur dünyada, üşşaqi ol mahin, vəli,Bu Xətai xəstə tək bir aşiqi-şeydası yox.