Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Həsrətindən dilbəra, qaldı du çeşmim xabsiz

XVI əsrin qəzəlləri
Həsrətindən dilbəra, qaldı du çeşmim xabsiz,Eylə kim yulduzlar olur gecə göydə xabsiz.
Ta sədəf ağzında yarın görmüşəm dür dişlərin,Eşq bəhrində könül ol mənidən ğərqabsiz.
Zülməti-hicranda qaldım bir mədəd qıl halimə,Ey pərişən, çünki rüxsar ilə siz məhtabsiz.
Əhli-həq qapından özgə heç yerə qılmaz sücud,Ey sənəm, çün daima aşiqlərə mehrabsiz.
Bu Xətainin vücudi oldu nurindən zühur,İki aləm zərrədir, xurşidi-aləmtabsiz.