Gərçi gün xoşdur, vəli rüxsarın ondan yaxşıdır,Ay dəxi taban durur, didarın ondan yaxşıdır.
Nafeyi-müşki-Xütən gərçi müəttərdir, vəli,Ey sənəm, ol xali-ənbərbarın ondan yaxşıdır.
Nəqşi-tavus istəmən ondan camalın yey durur,Ləfzi-tuti dinləmən göftarın ondan yaxşıdır.
İstəmən firdövs bağinin güli-xoşbusini,Dünya bağında güli-rüxsarın ondan yaxşıdır.
Bu Xətai qatinə kim, qıldılar tərifi-müşk,Çin-bəçin ol zülfi-müşkinbarın ondan yaxşıdır.