Dilbəra, dildə sənin mehri-rüxün can kimidir,Şərbəti-ləli-ləbin dərdimə dərman kimidir.
Baği-hüsnində boyun sərvi-xuraman dedilər,Zülmət içində ləbin çeşmeyi-heyvan kimidir.
Taki səndən düşəli ayrı, əya ruhi-rəvan,Gözümün yaşı mənim qətreyi-baran kimidir.
Ruyi-muyin görəli fürqəti-hicranda nə ğəm,Zülfü-ruyin sənəma, şəmi-şəbistan kimidir.
Bu Xətai düşəli söhbəti-vəslindən iraq,Bağrı büryan kimiyü gözləri giryan kimidir.