Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Nə dersən

XVI əsrin qəzəlləri
Qızılgül, bağü bustanım, nə dersən,Fəda olsun sənə canım, nə dersən?
Qərarü səbrü aramım tükəndi,Kəsildi küllü fərmanım, nə dersən?
Hamunun küfr ilə imanı vardır.Mənim küfr ilə imanım, nə dersən?
Əgər yatsam min il torpaq içində,Dürüstdür əhdü peymanım, nə dersən?
Xətayi can ilə çün səni sevdi,Sevən ölsünmü, sultanım, nə dersən?