Məclis əhli çaxır içəndə dutar əldə əyağ,Sanəsən bir şəmdir kim üstə yanır bir çırağ.
Gülşəni-məclisdə bir şuxi pəridür dilrüba,Sanəsən bir lalədir bağrında onun dürlü dağ.
Dustkam olsun həmişə ol berəcmi-dustan,Oldu məclisdə müşərrəf busəsindən solu sağ.
Müşkü ənbər məcməridir, yoxsa cami-mey durur.Buyi-xubindən onun daim müəttərdir dimağ.
Mehr ilən yari ki, gəlmişdir, zi gülşən yadigar,Bu Xətai xəstədildir, xaki-ol məhruyi-bağ.