Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Minbəd əgər mənimlə həbib olsa aşina

XVI əsrin qəzəlləri
Minbəd əgər mənimlə həbib olsa aşina,Mən canımı yolunda onun eylərəm fəda.
Gülgün yüzün xəyalına düşdü könül yenə,Bənzim saraldı dərdilə, manəndi-kəhrəba.
Darülşəfayə getmədiyim candan ötrüdür,Ey cismimin həyatı, ləbindir mənə şəfa.
Çeşmin cəhanda fitnəvü aşub göstərir,Hərdəm qiyaməti qoparır qamətin mana.
Yastan Xətai, yar eşigin etiqadilə,Şamü səhər də dövlətinə eyləgil dua.