Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Könül ta kim, ğəmindən aşinadır

XVI əsrin qəzəlləri
Könül ta kim, ğəmindən aşinadır,Qərarü səbrdən mütləq cüdadır.
Könül pənd almadı, sevdi yüzünü,Ona bu dərdi-möhnətlər cəzadır.
Gəl ey həmdəm, həzər qıl, eşqə düşmə,Bəladır xubları sevmək, bəladır.
Nola aşiqləri öldürsən, ey dust,Ləbin bir busəsi yüz xunbəhadır.
Könül bir yarə vermişdir Xətai,Eşigində səlatinlər gədadır.