Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Cana, ğəmində gözlərimə su gəlür, gedər

XVI əsrin qəzəlləri
Cana, ğəmində gözlərimə su gəlür, gedər,Seyl oldu, daşdı, şimdi bəhər su gəlür, gedər.
Vəsl olmaz isə yüzünü görmək mənə müdam,Kuyindən, ey sənəm, mənə bir bu gəlür, gedər.
Bixab qaldı kövkəbə nisbət bu gözlərim,Hər gecə özgə gözlərə uyxu gəlür, gedər.
Ta görmədi gözüm səni, ey sərvboylu yar,Sənsiz həmişə gözlərimə cu gəlür, gedər.
Miskin Xətai görmədi çeşmin kimi sənin,Səhra içində munca ki, ahu gəlür, gedər.