Dilbəra, şəmsüz-zühadür şöleyi-rüxsariniz,Ayəti-Tahavü Yasin surəti-didariniz.
Qamətin Tuba durur, Nun vəlqələmdir qaşların,"Hazihi-cənnatü ədnin" ləli-şəkərbariniz.
Surəyi-Vəlleyl zülfin, gözlərin "nəmülbəsər",Leyk "sübhanəlləzi, əsra" durur əsrariniz.
Sureyi-Təviz oxurmən, dəmbədəm ixlas ilən,Ta ki, hüsnini bəladən saxlasun cəbbariniz.
"Qüll-kəfa" billah-durur, zikri Xətai xəstənin,Həq bilür kim, "sümmə vəchüllah"dir, didarınız.