Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

İki aləmdə sultandır qələndər

XVI əsrin qəzəlləri
İki aləmdə sultandır qələndər,Qədim küfrü imandır qələndər.
Qələndərdir həqiqət sirri-kovneyn,Əmiri-həyyi fərmandır qələndər.
Qələndər Mustafavü Mürtəzadır,Zəhi cism ilə həm candır qələndər.
Cahan içində sər tapa bürhənə,Şahin eşqinə qurbandır qələndər.
Müsafirlər ki, məsti-candı həqdən,Vüsali-şahə mehmandır qələndər.
Cəhanın darini buldu gəda buş,Əcayib əhli-imandır qələndər.
Keç indi şöhrəti-aləm göründü,Hesaba cümlə ehsandır qələndər.
Vilayət Kəbəsin açdı Xətai,Qulami-şahi-mərdandır qələndər.