Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Mənim yolumda yektalər gərəkdir

XVI əsrin qəzəlləri
Mənim yolumda yektalər gərəkdir,Dini, imanı yəğmalar gərəkdir.
Mənimtək gövhəri nadan nə bilsin,Məni bilməyə danalar gərəkdir.
Nə bilsin məni hər bir başı gözliKönül gözündə binalər gərəkdir.
Mən olman dəymə fikr ilən müyəssər.Mənə bir incə sövdalar gərəkdir.
Mənəm sultan Xətai Heydər oğlu,Mənim yolumda ğovğalar gərəkdir.