Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Bu könlüm şad olur qəmdən, rüxu çün laləgün görgəc

XVI əsrin qəzəlləri
Bu könlüm şad olur qəmdən, rüxi çün laləgün görgəc,Misali-mərdi-müflis nagəhan bir yaxşı gün görgəc.
Əgər ah eyləsəm topraq olur dərləhzə ahimdən,Düşər hər parəsi bir yerdə kuhi-Bisütun görgəc.
Onunçün əyləməz ahi bu canım rəhgüzarında,Həramilər çaparlar karivani çün tütün görgəc.
Məhü səyyarələr şərməndədir yüzünə baxmaqdan,Fələk ovcində xyrşidi həyadan sərnigun görgəc.
Xətai, rəsm beylə eyləyibdir etiraz ilə,Həzaran naz edər xublar ki, aşiqni zəbun görgəc.