Bu mənim cismimdəki zəhmətlərim ol can bilür,Mənə hicran etdigin ol dilbəri-canan bilür.
Ta ki, həmdəmdir ğəmi-eşqin könüldə ğəm yemən,Çün xəyalini sənin dil sevgili mehman bilür.
İnciməz bu xəstə canım dərdi-hicrindən sənin,Cövri-qəhrin gəldiyincə lütf ilə ehsan bilür.
Çünki, birdir aşiqə qəhr ilə lütfin mənisi,Dil fəraqini vüsalü dərdini dərman bilür.
Ruzü şəb bülbül təki, eylər Xətai nalələr,Baği-hüsn içrə yüzünü çün güli-xəndan bilür.