Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Əzəldən ta əbəd heydər gəlübdür

XVI əsrin qəzəlləri
Əzəldən ta əbəd heydər gəlübdür,Adam övladına sərvər gəlübdür.
Əli şiri-xudadur şahi-mərdan,Məhəmməd həqqə peyqəmbər gəlübdür.
Aşiqlər qibləsi yüzündür, ey dust,Qaşın mehrabına mənbər gəlübdür.
Ki həqdən Zülfüqar oldu Əliyə,Əli qulluğuna Qənbər gəlübdür.
Əli xişm ilə doğradı bu cəhli,Xəmirtək dəstinə Xeybər gəlübdür.
Ala gözlər mənim imanım aldı,İki zülfün yenə ənbər gəlübdür.
Suyi-heyvan üçün zülmat içində,Xətai Xızrü İskəndər gəlübdür.